Yüklənir...
Yüklənir...

Katana Qafarova
Katana Qafarovanın “Çin – mənim arzum” kitabı təkcə bir tələbənin xaricdə təhsil almağından yox, arzuların məqsədə, məqsədlərin isə gerçəkliyə çevrilməsindən danışır.
Əsər boyunca oxucu qazanılan uğurlar, onların arxasında dayanan uzun hazırlıq mərhələləri, tərəddüdlər, məsuliyyət hissi və şəxsi inkişaf prosesi ilə də tanış olur.
Kitabda Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura, doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq istəyən gənclər üçün praktiki tövsiyələr verilir.
Bu əsər Çinə, yaxud xaricdə təhsilə maraq göstərənlərlə yanaşı, böyük arzular qurmaqdan çəkinməyən, qarşısına məqsəd qoyan və həmin məqsədə əzmlə addımlayanlar üçün nəzərdə tutulub. Mesaj sadədir: insanın taleyini dəyişən təkcə arzuları yox, bu yolda atdığı kiçik, amma ardıcıl addımlardır.
Hələ heç bir rəy yazılmayıb. İlk rəy yazan siz olun!