Yüklənir...
Yüklənir...
Hörmətli ziyarətçilər, "Parafraz Nəşrləri"nin rəsmi saytına (parafr.az) daxil olduğunuz üçün təşəkkür edirik. Saytdan istifadə etməzdən əvvəl aşağıdakı qaydalarla tanış olmağınız xahiş olunur.
1. Saytın məqsədi və məzmunu
Bu sayt "Parafraz Nəşrləri"nin çap etdiyi, redaktə və tərtibatını həyata keçirdiyi kitabların kataloqunu oxuculara təqdim etmək məqsədi daşıyır. Sayt onlayn mağaza deyil. Burada göstərilən məlumatlar, qiymətlər və məzmun yalnız məlumatlandırma xarakteri daşıyır.
2. Sifariş və Ödəniş
- Saytımızda onlayn ödəniş (kartla alış-veriş) sistemi aktiv deyil.
- Nəşrlərimizi əldə etmək üçün qeyd olunan əlaqə nömrələri və ya sosial şəbəkələr vasitəsilə fərdi qaydada müraciət etməlisiniz.
- Ödənişlər tərəflər arasında razılaşdırılmış şəkildə nağd və ya digər ənənəvi üsullarla qəbul edilir.
3. Müəllif hüquqları
Saytda yerləşdirilən bütün kitab qapaqları, mətnlər, qrafik elementlər və loqolar müəllif hüquqları ilə qorunur. Bu materialların "Parafraz Nəşrləri"nin yazılı icazəsi olmadan kommersiya məqsədilə kopyalanması və ya yayılması qəti qadağandır.
4. Məlumatların düzgünlüyü
Biz saytda təqdim olunan məlumatların və kitab qiymətlərinin dəqiqliyinə nəzarət edirik. Lakin, bəzi hallarda məlumatlarda qeyri-dəqiqlik və ya dəyişikliklər ola bilər. Belə hallarda nəşriyyatımız məlumatları əvvəlcədən xəbərdarlıq etmədən yeniləmək hüququna malikdir.