Yüklənir...
Yüklənir...

Şermin Yaşar | İlber Ortaylı
1840-cı illərin İstanbulunda, əzəmətli Topqapı sarayında yaşayan oğlanın hekayəsi... Sarayın divarları arasında böyüyür, şənliyi, hazırcavablığı və bitib-tükənməyən marağı ilə ətrafındakıların həyatına rəng qatır. Amma bir gün eşitdiyi xəbər dünyasını alt-üst edir: Topqapı sarayı dağılacaq.
Buna mane olmaq qərarına gələn balaca qəhrəman həqiqəti öyrənmək üçün işə başlayır. Axtarış onu Osmanlı sarayının rəngarəng dünyasına aparır. O, sarayda müxtəlif vəzifə sahibləri ilə qarşılaşır, saray adətlərini, gündəlik həyatı və dövrün qaydalarını öyrənir. Hər yeni söhbət tarixin başqa səhifəsini açır.
Şermin Yaşarın canlı, yumorla zəngin təhkiyəsi ilə İlber Ortaylının tarixi biliklərini bir araya gətirən “Xınalı sərçə” uşaqları keçmişə maraqlı səyahətə dəvət edir. Topqapı sarayının memarlığı, Osmanlı mədəniyyəti, saray təhsili, adət-ənənələri və tarixi hadisələr bədii hekayənin içində təbii şəkildə təqdim olunur.
Hələ heç bir rəy yazılmayıb. İlk rəy yazan siz olun!
Qəşəm İsabəyli