Yüklənir...
Yüklənir...

Mixail Bulqakov
Mixail Bulqakovun “Ölümcül yumurtalar” elmi-fantastik romanı elmin imkanları, insan ambisiyaları və düşünülməmiş qərarların fəlakətli nəticələrindən bəhs edir.
1928-ci ildə zoologiya professoru Vladimir İpatyeviç Persikov təsadüfən canlı orqanizmlərin inkişafına qeyri-adi təsir göstərən qırmızı şüa kəşf edir. Bu kəşf elmi maraq dairəsindən çıxaraq ölkənin diqqət mərkəzinə çevrilir. Bir müddət əvvəl ölkədəki bütün toyuqların qırılması nəticəsində yaranan qıtlığı aradan qaldırmaq üçün hələ tam araşdırılmamış yeni texnologiyadan istifadəyə qərar verilir. Gözlənilməz qarışıqlıq nəticəsində təcrübə dəhşətli fəlakətə yol açır.
Fantastik süjetin arxasında Bulqakovun insan təbiətinə, hakimiyyətin məsuliyyətinə, elmi nailiyyətlərdən istifadə qaydalarına və cəmiyyətin düşünülməmiş qərarlar qarşısında acizliyinə yönəlmiş kəskin satirası dayanır.
Hələ heç bir rəy yazılmayıb. İlk rəy yazan siz olun!
Qəşəm İsabəyli