Yüklənir...
Yüklənir...

Tofiq Mahmud
Yazıçı Tofiq Mahmudun “Uzaqda ucalan dağlar” əsəri Azərbaycan təsviri sənətinin böyük nümayəndəsi Bəhruz Kəngərlinin taleyinə, yaradıcılığına və yaşadığı dövrün ağrı-acılarına həsr olunmuş sənədli-bədii romandır.
Roman oxucunu XX əsrin əvvəllərinin Naxçıvanına aparır, Bəhruz Kəngərlinin duyğular, məhəbbət, sənət eşqi və məhrumiyyətlərlə yoğrulmuş dünyasını bütün incəliyi ilə açır. Burada hər obraz, hər hadisə və hər rəsm həyatın özündən süzülüb gələn canlı rənglər kimi yaddaşa həkk olunur.
Müəllif uzun illərin araşdırmaları nəticəsində ərsəyə gətirdiyi bu əsərdə təkcə bir rəssamın həyat yolunu yox, həm də insanın gözəllik, həqiqət və mərhəmət axtarışını rənglərin dili ilə canlandırdığını qələmə alıb, insan ruhunun saflığına, sənətin sosial missiyasına və milli yaddaşın əbədiliyinə ithaf olunmuş əsər ortaya qoyub.
Hələ heç bir rəy yazılmayıb. İlk rəy yazan siz olun!